Diş Ağartma

Diş ağartma dişlərin quruluşunda əmələ gələn rəng dəyişmələrini ağartma əməliyyatıdır. İki müxtəlif ağardıcı metoddan istifadə olunur. Bunlardan biri xəstənin öz başına tətbiq etdiyi üsul (Home Bleaching), digəri isə həkimin klinikada tətbiq etdiyi üsuldur (Office Bleaching). Xəstənin öz başına tətbiq etdiyi prosedur: Həkiminiz ağzınızdan ölçü götürüb, dişlərinizin üzərinə taxa biləcəyiniz incə rezin nümunələri hazırlatması, xəstənin özü üçün hazırlanmış xüsusi qəlibin içərisinə dərman yerləşdirərək bu qəlibi ağardılacaq dişlərin üstünə gündə ən az 6 - 8 saat taxması (üstünlük yatdığı vaxta verilməlidir), müalicənin orta hesabla 1 - 4 həftə içində sonlandırılması.

Endodontiya

Kanal müalicəsi prosedurudur. Kanal müalicəsi canlı dişlərdə tək seansda, devital dişlərdə isə əsasən iki seansda yekunlaşır. Dişin üst təbəqəsinin altında dentin təbəqəsi var. Dentin təbəqəsinin altında dişin pulpası yerləşir. Dişin damar və sinirləri bu təbəqədə yerləşir.Pulpa necə iltihablanır? Hər insanın ağız boşluğunda bakteriyalar var ki, istənilməyən şərtlər meydana gəlmədikcə, ağız boşluğuna zərər verməzlər. Bakteriyalar aldığımız bir çox qida ilə birləşərək ağzımızda turşuların əmələ gəlməsini təmin edir. Bu turşular minaya zərər verir və mina qatında karies meydana gəlməsinə səbəb olur.

Ortodontiya

Ortodontiya - əyri dişlərin düzəldilməsi, diş, çənə və üzdəki uyğunsuzluqların aradan qaldırılması ilə məşğul olan elm sahəsidir. Ortodontistlər çənə sümüyünüzün və dişlərinizin doğru yerdə və doğru vəziyyətdə yerləşməsini təmin edir. Dişlərdəki əyriliklərin düzəldilməsi ilə əhəmiyyətli bir estetik görüntü təmin etməklə yanaşı, ağız və diş sağlamlığına da xeyli müsbət təsir göstərməkdədir. Əyriliklərin aradan qaldırılması bu hissələrin daha asan və effektiv təmizlənməsini təmin edir ki, bununla da dişəti xəstəlikləri və kariesin qarşısını almaq olur. Həmçinin, dişlərin və çəninin bir-biri ilə kontaktı düzələcəyi üçün daha yaxşı çeynəmə funksiyası əldə olunur. Təxminən 7 yaşında ortodontik müalicəyə ehtiyacının olub olmamasının təyin olunması üçün övladınız mütəxəssis tərəfindən müayinə olunmalıdır.