Estetik diş həkimliği

Estetik diş həkimliyində hədəf üzə uyğun, təbii görünüşlü süni dişlər yarada bilməkdir. Xəstədən alınan fotoşəkil və modellər üzərində dişlərin və diş ətlərinin estetik baxımdan problemli olan bölgələri bütün üz bölgəsi düşünülərək dəyərləndirilir, xəstənin estetik görünüşünün tənzimləməsi ilə əlaqədar müalicənin planlanlaması başlayır. Xəstənin istəyinə uyğun istiqamətdə üz və dodaq quruluşuna uyğun yeni bir gülüş hazırlanır. Bundan başqa əvvəldən hazırlanmış gülüş dizaynları olan fotoşəkillər da göstərilir. Estetik diş həkimliyi estetik keramikalar, diş əti estetikası, estetik plomblar və diş ağartmağa qədər geniş bir miqyasda qiymətləndirilməsi vacib olan sənətdir.

Cərrahiyə

Çənə cərrahiyyəsi kistalar, şişlər kimi patologiyalarla bərabər, diş və çənə sınıqları, retension dişlərin çıxarılması və ağzın sərt və yumşaq toxumalarında edilən düzəlişlər daxildir. Son illərdə diş həkimliyində tez-tez istifadə olunan implantların çənəyə yerləşdirilməsi, implant üçün kifayət qədər sümüyün olmadığı vəziyyətlərdə sümük greftlərin qoyulması kimi irəli implant cərrahiyyəsi tətbiqləri də mövcuddur. Çənə cərrahiyəsinin iş sahəsinə daxil olan digər bir mövzu isə anadangəlmə və ya sonradan yaranan üz-çənə anomaliyalarıdır. Bunlar arasında tez-tez rast gəlinən dodaq-damaq yarıqları, alt və ya üst çənənin irəlidə və ya geridə olması ilə əlaqədar çeynəmə funksiyasının və estetik görünüşün pozulmasından yaranan hallardır.

Ortodontiya

Ortodontiya - əyri dişlərin düzəldilməsi, diş, çənə və üzdəki uyğunsuzluqların aradan qaldırılması ilə məşğul olan elm sahəsidir. Ortodontistlər çənə sümüyünüzün və dişlərinizin doğru yerdə və doğru vəziyyətdə yerləşməsini təmin edir. Dişlərdəki əyriliklərin düzəldilməsi ilə əhəmiyyətli bir estetik görüntü təmin etməklə yanaşı, ağız və diş sağlamlığına da xeyli müsbət təsir göstərməkdədir. Əyriliklərin aradan qaldırılması bu hissələrin daha asan və effektiv təmizlənməsini təmin edir ki, bununla da dişəti xəstəlikləri və kariesin qarşısını almaq olur. Həmçinin, dişlərin və çəninin bir-biri ilə kontaktı düzələcəyi üçün daha yaxşı çeynəmə funksiyası əldə olunur. Təxminən 7 yaşında ortodontik müalicəyə ehtiyacının olub olmamasının təyin olunması üçün övladınız mütəxəssis tərəfindən müayinə olunmalıdır.

İmplantalogiya

İmplant, çəkilən dişlərin yerinə onların funksiyasını və estetikasını təkrar təmin etmək məqsədiylə çənə sümüyünə yerləşdirilən titan diş kökləridir. İmplantlar bir və ya bir neçə diş olmadığı zaman və hətta tam dişsizlik vəziyyətlərində də müvəffəqiyyətlə istifadə edilə bilər. İmplant təbii dişlərin funksiya və estetikasını təmin edən ən yaxşı alternativdir. Diş itirilməsi ilə ortaya çıxan əhəmiyyətli problemlərdən biri olan çənə sümüyündəki ərimənin dayandırılması bu gün ancaq implantlar sayəsində mümkündür. İmplantlar ənənəvi qapaqlar və protezlərə görə daha yaxşı danışıq və çeynəmə funksiyası təmin etməklə bərabər, üzünüzə təbii bir görünüş verir, danışmanızı düzəldir, özünüzə güvəninizi artırır və daha xoşbəxt bir sosial yaşam təmin edir.

Paradontologiya

Paradontologiya dişləri əhatə edən toxumalar, iltihabi xəstəliklər və onların müalicəsi ilə məşğul olur. Stomatologiyada bu gün ən çox rast gəlinən xəstəliklərdən biri də parodontitdir. Bu ətraf toxumalarda iltihabı xarakterizə edən bir xəstəlikdir. Dişdə şiddətli sümük iltihabi prosesi baş verərsə, həmin dişin itirilməsi ilə bərabər ətrafdakı sağlam dişlərdə ciddi zərər ala bilər. Parodontitin başlanğıc səbəbi bakteriya yığımdır ki, bu da diş həkimi tərəfindən müalicə edilə bilər. Amma genetik, ekoloji və sistematik faktorlar da xəstəliyin meydana gəlməsinə səbəb ola bilər. Sistematik faktorlar içərisində diabet, ürək-damar xəstəlikləri, epilepsiya, daun sindromu, AIDS, qan xəstəlikləri aiddir.

Endodontiya

Kanal müalicəsi prosedurudur. Kanal müalicəsi canlı dişlərdə tək seansda, devital dişlərdə isə əsasən iki seansda yekunlaşır. Dişin üst təbəqəsinin altında dentin təbəqəsi var. Dentin təbəqəsinin altında dişin pulpası yerləşir. Dişin damar və sinirləri bu təbəqədə yerləşir.Pulpa necə iltihablanır? Hər insanın ağız boşluğunda bakteriyalar var ki, istənilməyən şərtlər meydana gəlmədikcə, ağız boşluğuna zərər verməzlər. Bakteriyalar aldığımız bir çox qida ilə birləşərək ağzımızda turşuların əmələ gəlməsini təmin edir. Bu turşular minaya zərər verir və mina qatında karies meydana gəlməsinə səbəb olur.

Diş Ağartma

Diş ağartma dişlərin quruluşunda əmələ gələn rəng dəyişmələrini ağartma əməliyyatıdır. İki müxtəlif ağardıcı metoddan istifadə olunur. Bunlardan biri xəstənin öz başına tətbiq etdiyi üsul (Home Bleaching), digəri isə həkimin klinikada tətbiq etdiyi üsuldur (Office Bleaching). Xəstənin öz başına tətbiq etdiyi prosedur: Həkiminiz ağzınızdan ölçü götürüb, dişlərinizin üzərinə taxa biləcəyiniz incə rezin nümunələri hazırlatması, xəstənin özü üçün hazırlanmış xüsusi qəlibin içərisinə dərman yerləşdirərək bu qəlibi ağardılacaq dişlərin üstünə gündə ən az 6 - 8 saat taxması (üstünlük yatdığı vaxta verilməlidir), müalicənin orta hesabla 1 - 4 həftə içində sonlandırılması.