Paradontologiya

Paradontologiya dişləri əhatə edən toxumalar, iltihabi xəstəliklər və onların müalicəsi ilə məşğul olur. Stomatologiyada bu gün ən çox rast gəlinən xəstəliklərdən biri də parodontitdir. Bu ətraf toxumalarda iltihabı xarakterizə edən bir xəstəlikdir. Dişdə şiddətli sümük iltihabi prosesi baş verərsə, həmin dişin itirilməsi ilə bərabər ətrafdakı sağlam dişlərdə ciddi zərər ala bilər. Parodontitin başlanğıc səbəbi bakteriya yığımdır ki, bu da diş həkimi tərəfindən müalicə edilə bilər. Amma genetik, ekoloji və sistematik faktorlar da xəstəliyin meydana gəlməsinə səbəb ola bilər. Sistematik faktorlar içərisində diabet, ürək-damar xəstəlikləri, epilepsiya, daun sindromu, AIDS, qan xəstəlikləri aiddir.

Parodontal xəstəliklər zamanı ən çox rast gəlinən ilkin əlamət dişəti qanaması hesab olunur. Dişətində qızarıqlıq, şiş, ağız qoxusu, dişətində qaşınma, qanama hissi, dişlərdə həssaslıq bu xəstəliyin əlamətləri hesab olunur. Çox vaxt xəstənin ağrı kimi bir şikayəti olmadığı üçün heç bir əlaməti olmadan xəstəlik irəliləyə bilir.

Dişəti xəstəliklərinin səbəbləri

Genetik amillər, siqaret, hormonal dəyişikliklər, düzgün olmayan ağız gigiyenası, dərman istifadəsi, diabet, düzgün hazırlanmamış qapaq və ya körpülər, düzgün qidalanmama

Dişəti Xəstəliyinin simptomları: dişlərdə qaşıntı və narahatlıq hissi, dişətlərində çəkilmələr, dişlərdə laxlamalar, diş və dişəti kənarında qara sahələr, ağız qoxusu və ağızda pis dad, dişətlərində yanma, qızartı, şişkinlik, stress və diş qıcırtma.

Dişətləriniz qanayırmı?

Dişətləriniz qanayırsa, dişətində infeksiya ola bilər, və ya dişlər iltihab yaranma təhlükəsi ilə qarşı-qarşıyadır. Dişlərinizi fırçalamağa davam edin və diş həkiminizə müraciət edin. Dişəti xəstəliklərinin ilk və ən əhəmiyyətli əlaməti dişəti qanamasıdır. Sağlam dişəti qanamaz.

Dişəti xəstəliyində tətbiq edilən müalicə üsulları:

Professional Diş daşı təmizliyi: Diş və dişəti kənarında olan diş daşları və zərərli toxumalar təmizlənir. Ağızda davamlı dişdaşı meydana gəlirsə, nizamlı olaraq (6 ayda bir) dişdaşı təmizliyi edilməsi lazımdır.

Kök Səthi düzləşdirmə: Diş daşları və zərərli toxumalar diş ətinə və kök səthinə hopduğu zaman tətbiq olunur. Dişin kök səthindəki dişdaşları və zərərli toxumalar lazerlə təmizlənir.

Flap Əməliyyatı: Kök səthindəki daşlar və zərərli toxumaları təmizləmək mümkün olmadıqda həmin sahə cərrahi üsulla açılır. Zərərli toxumalar və lazım olarsa dişətinin bir qismi çıxarılır.

Dişəti xəstəliklərinin erkən təyini zamanı müalicə dişdaşı təmizliyi və kök səthi düzləşdirilməsi ilə kifayətlənir. Bu mərhələlərdə dişləri ətrafındakı bakteriya yığınları və dişdaşları təmizlənir. Bu proseslərlə iltihaba səbəb olan bakteriyalar və toksik maddələr ağızdan uzaqlaşdırılır. Dişəti xəstəliklərinin erkən mərhələlərində tətbiq olunan bu əməliyyatlar yaxşı nəticələr verir.

Daha irəliləmiş hallarda cərrahi müdaxiləyə ehtiyac ola bilər. Cərrahi müdaxilənin məqsədi: dərində olan diş daşlarının və xəstəlikli toxumaların təmizlənməsi, dişətlərinə rahat təmizlənməsi üçün forma verməkdir. Müalicələrdən sonra parodontal xəstələr vaxtaşırı müayinəyə getməlidir. Parodontal müalicə ilə əldə edilən müsbət nəticələri qorumanın tək yolu dişlərin fırçalanması, diş sapından və bakteriya yığınlarını təmizləmək üçün ağız yaxalayıcılarından istifadə vacibdir.

Sağlam Dişətləri üçün lazım olanlar

Hər gün dişlərinizi doğru şəkildə fırçalayın və diş sapından istifadə edin. Düzgün qidalanın və çox yapışqan qidalardan mümkün qədər istifadə etməyin.

Özünüzü müayinə etməyi öyrənin və bunu tez-tez edin. Beləcə hər hansı bir ağız içi və ya dişlə bağlı dəyişikliyin ilk siqnallarını tuta bilərsiniz. İldə ən azı 2 dəfə diş həkiminə gələrək müayinədən keçin.

Parodontal müalicə zamanı erkən diaqnoz ilə lazımlı müdaxilələr edildiyində nəticələri qənaətbəxş olur. Unutmayın ki, parodontal olaraq sağlam olmayan dişlərə qapaq, körpü kimi heç bir restorativ müalicə tətbiq olunmur.