OrtodontiyaOrtodontiya - əyri dişlərin düzəldilməsi, diş, çənə və üzdəki uyğunsuzluqların aradan qaldırılması ilə məşğul olan elm sahəsidir. Ortodontistlər çənə sümüyünüzün və dişlərinizin doğru yerdə və doğru vəziyyətdə yerləşməsini təmin edir. Dişlərdəki əyriliklərin düzəldilməsi ilə əhəmiyyətli bir estetik görüntü təmin etməklə yanaşı, ağız və diş sağlamlığına da xeyli müsbət təsir göstərməkdədir. Əyriliklərin aradan qaldırılması bu hissələrin daha asan və effektiv təmizlənməsini təmin edir ki, bununla da dişəti xəstəlikləri və kariesin qarşısını almaq olur. Həmçinin, dişlərin və çəninin bir-biri ilə kontaktı düzələcəyi üçün daha yaxşı çeynəmə funksiyası əldə olunur. Təxminən 7 yaşında ortodontik müalicəyə ehtiyacının olub olmamasının təyin olunması üçün övladınız mütəxəssis tərəfindən müayinə olunmalıdır. Ortodontiya diş-çənə-üz bölgəsinə aid olan pozğunluqların əmələ gəlməsinin qabaqlamağa, irəliləmə prosesini dayandırmağa, müalicə etməyə, gözəl estetika və funksiyanın təmin olunmasına hədəflənir. Ortodontik qwsurlarlar nədən əmələ gəlir:
Ortodontik müayinə nə vaxt edilməlidir? 5-6 yaşlarından etibarən keçirilir. Bu yaşlarda bəzi önləyici ortodontik müalicələr olduqca faydalı olmaqdadır. Bu dövrdə tətbiq olunan ortodontik müalicələr önləyici və qoruyucu ortodontik müalicə olaraq 2 qrupa bölünür.Önləyici Ortodontik Müalicə Bu müalicələrdə məqsəd daimi dişlər üçün kifayət qədər yer hazırlamaqdır. Vaxtından tez itirilən süd dişlərinin yeri üçün qoruyucu yer tutucular hazırlanmaqdadır.Qoruyucu Ortodontik Müalicə Pis vərdişlər; barmaq əmmə, anormal udqunma kimi faktorlara bağlı yarana biləcək problemlərin qarşısını almaq məqsədiylə vərdişin qarşısını ala biləcək texnikalar hazırlanmaqdadır. Ortodontik müalicə ümumilikdə iki əsas hissədən ibarətdir: ![]() Müalicə mərhələsi: Ortodontik müalicə, bu gün artıq hər yaşda tətbiq oluna bilir. Müalicələr sabit və hərəkətli aparatlar vasitəsilə aparılır. Gücləndirmə mərhələsi: Bu hissədə müalicə ilə əldə edilən nəticələrin qorunması məqsədi ilə passiv xüsusi aparatlardan istifadə edilməkdədir. Ortodontik problemlər iki cürdür: çənə qüsurları və diş qüsurları (əyri dişlər, yer darlığı və s.) Çənə uyğunsuzluğunun səbəbi: alt çənənin daha geridə olması, alt çənənin daha irəlidə olması, genetik, inkişaf qüsurları və s. Diş qüsurlarının növləri: yer darlığına görə dişlərin düzgün çıxmaması, yer çoxluğuna görə dişlərin aralı olması, barmaq əmmə və ya dilin normadan böyük olmasına görə üst və alt ön dişlərin arasında məsafə olması, dişlərin normal pozisiyada olmaması. Yer darlığının (əyriliyin) səbəbi: genetik və ya inkişafdan asılı olaraq çənənin kiçik, diş eninin böyük olmasına görə dişlərin çənəyə yerləşməmələri, vaxtından əvvəl süd dişlərinin çəkilməsiylə qalan digər dişlərin bir-birlərinə yaxınlaşmaları və beləcə altdan çıxacaq daimi dişə kifayət qədər yer qalmadığı üçün daimi dişin əyri bir şəkildə çıxması və ya heç çıxa bilməməsi, 20 yaş dişlərinin arxadan digər dişlərə təzyiq etməsi. Yer çoxluğunun (aralığın) səbəbi: genetik və ya inkişafdan asılı olaraq çənənin böyük, diş eninin isə dar olmasına görə dişlərin aralı bir şəkildə çənəyə dağılmaları, genetik və ya inkişafdan asılı olaraq bəzi daimi dişlərin çıxmaması (bu vəziyyətdə diş ya heç yoxdur, yada çənə içərisində qalmışdır). Hərəkətli Ortodontik müalicənin tətbiq olunduğu hallar: sadə səviyyədə olan diş əyrilikləri, çənə darlığının aradan qaldırılmasını zəruri edən vəziyyətlər, erkən süd dişi itirilməsinə bağlı yaranmış boşluqların qorumaq məqsədilə doldurulması, barmaq əmmə kimi pis vərdişlərin aradan qaldırılması, diş qıcımalarının qarşısının alınması, müalicə sonrasında sabitlikəldə etmək məqsədiylə. Sabit ortodontik müalicənin tətbiq olunduğu hallar: Dişlərdə əyrilik olması, alt və üst dişlər arasında ağızın bağlanması zamanı boşluq olması, üst dişlərin qabağa olması, daha yaxşı bir protez edilməsi məqsədiylə sadə diş hərəkətlərinə ehtiyac duyulması. Ortodontik Müalicə Yanaşmaları:
Yetkinlərdə Ortodontiya Müalicəsi Ortodontik müalicə üçün yaş məhdudlaşdırması yoxdur. Dişləri əhatə edən sümükləri sağlam olan hər kəsə ortodontik müalicə tətbiq oluna bilər. Bundan başqa artıq bracketlər diş rəngində keramikadan da hazırlanır. Beləcə, bracket taxdığınız asanlıqla görünməz. Müalicə xəstənin probleminə və yaşına görə 3 ay ilə 30 ay arasında davam edir. Ortodontik Müalicə zamanı diqqət yetirməli olduqlarınız: Bracket yemək və bakterik ərpin asanca toplanmasına səbəb olurlar. Buna görə ağız baxımı böyük əhəmiyyət daşıyır. Orta yumşaqlıqda bir fırça istifadə etmək lazımdır. Xüsusi ortodontik fırçaların istifadə edilməsi də faydalı olar. Super Floss diş ipindən istifadə gigiyenanın tam təmin edilməsi baxımından böyük əhəmiyyət daşıyır. Ağız gigiyenanızı təmin etmək üçün sizə kömək olacaq digər bir köməkçi material isə interdental fırçadır. Bundan başqa fırça və diş ipi ilə yanaşı köməkçi olaraq ağız qarqaraları istifadə edilə bilər, amma unutmayın ki, heç vaxt fırça və ipin yerini ala bilməz. Alma, kök kimi sərt yeməklər bıçaqla kəsilərək yeyilməlidir. Yoxsa bracketin qırılmasına səbəb ola bilərlər. Xüsusilə qabıqlı və sərt çərəzlər bracket qırılmasına səbəb ola biləcəyi üçün bunları yeməkdən çəkinmək lazımdır. Karamel kimi yapışqan yeməklər bracketə yapışıb həm çürümələrə, həm də bracket qırılmasına səbəb ola bilər. Bu dövrdə diş əti sağlamlığınız baxımından müayinələr böyük əhəmiyyət daşıyır. |