Cərrahiyə

Çənə cərrahiyyəsi kistalar, şişlər kimi patologiyalarla bərabər, diş və çənə sınıqları, retension dişlərin çıxarılması və ağzın sərt və yumşaq toxumalarında edilən düzəlişlər daxildir. Son illərdə diş həkimliyində tez-tez istifadə olunan implantların çənəyə yerləşdirilməsi, implant üçün kifayət qədər sümüyün olmadığı vəziyyətlərdə sümük greftlərin qoyulması kimi irəli implant cərrahiyyəsi tətbiqləri də mövcuddur.

Çənə cərrahiyəsinin iş sahəsinə daxil olan digər bir mövzu isə anadangəlmə və ya sonradan yaranan üz-çənə anomaliyalarıdır. Bunlar arasında tez-tez rast gəlinən dodaq-damaq yarıqları, alt və ya üst çənənin irəlidə və ya geridə olması ilə əlaqədar çeynəmə funksiyasının və estetik görünüşün pozulmasından yaranan hallardır.

Ağıl diş çəkimi

Ağıl dişləri ümumiyyətlə, 15-20 yaşlar arasında çıxmağa başlayırlar. Ancaq çənədə bu dişlər üçün kifayət qədər yer olmadığı zaman çıxa bilmir, dişəti altında və çənə sümüyü içərisində qalırlar. Özünə yer tapa bilməyən 20 yaş dişləri öndəki dişi itələyərək təzyiq edir ki, bu da diş sırası qüsuruna səbəb olur. Çox arxada olmaları və ətrafındakı diş ətinin normal anatomik quruluşa sahib olmamasından asanlıqla çürüyə və abses əmələ gətirə bilər.

Ağıl dişlərinin çəkilməsi lazım olan vəziyyətlər

    a) Karies: 20 yaş dişləri yerləşmə baxımından arxada olduğu və əksər hallarda düzgün istiqamətdə çıxa bilmədikləri üçün qulluq və təmizliyi daha çətin, buna görə də çürüməsi daha asandır. Dişlərin arxada olması çürümüş dişin müalicəsini də çətinləşdirir. Həmçinin digər dişlərdən çox daha dəyişik kök quruluşları olduğuna görə çox vaxt kanal müalicəsi də aparıla bilmir.

    b) İkinci böyük azı dişinə təsiri: Ağıl dişləri çox vaxt düzgün istiqamətdə çıxmadıqları üçün ətrafında qida toplantıları və ya yanındakı molyar dişə göstərdiyi təzyiqlə qonşu dişdə toxuma itkisi və kariesə səbəb olur. Bu cür zərər verə biləcək ağıl dişlərinin də çəkilməsi lazımdır.

    c) Perikoronit: Ağıl dişləri yarımçıq çıxdığı hallarda üzərindəki diş əti ilə arasında yığılan bakteriyalar dişəti iltihabına səbəb ola bilər. Bu halda üzdə şişmə, ağız açmada çətinlik, ağrı, ağız qoxusu, limfa toxumalarında şişkinlik və hərarət müşahidə oluna bilər.

    d) Dişlərdə əyrilik. Ağıl dişləri düzgün istiqamətdə çıxa bilmədikdə, çıxma müddətində dişlərə göstərdiyi təzyiqə görə digər dişlərdə laxlamalara səbəb ola bilir və diş sırasında əyriliyə rast gəlinir.

    e) Ağrı. Ağıl dişləri normal istiqamətdə çıxa bilmədikdə yan dişlərə göstərdiyi təzyiq nəticəsində ağrıya səbəb ola bilir.

    f) Kista əmələ gəlməsi. Ağıl dişləri tam və ya yarım retension olduğu hallarda bəzi xəstələrdə kista əmələ gəlməsinə səbəb ola bilir. Bu vəziyyət müayinə əsnasında həkiminizin çəkəcəyi panoramik rentgenlə təyin edilə bilməkdədir.

    g) Yanaq dişləmə.Çox tez-tez rastlanılmasa da ağıl dişləri ümumiyyətlə normal istiqamətdə çıxa bilmədiklərindən xəstələrdə yanaq dişləmə və mukozada yaralanma şikayətlərinə səbəb ola bilir. Belə vəziyyətlərdə də 20 yaş dişlərinin funksiya daşımadıqları üçün çəkilməsi məsləhətdir.

Apikal Rezeksiya (iltihabi kök ucunun götürülməsi):

Apikal Rezeksiya, kök ucu rezeksiyası; dişin kökünün və ətrafındakı əlaqəli iltihabi və ya patoloji toxumanın çıxardılması əməliyyatıdır. Bu əməliyyat dişin ucundakı iltihab və infeksiyanın kök kanal müalicəsi və ya bu müalicənin təkrarına baxmayaraq sağalmaması ya da əlaqəli xroniki patologiyanın olduğu halda diş və ətrafında sağlam toxuma formalaşdırmaq üçün aparılır.

Müasir diş həkimliyinin əsas məqsədi diş itirilmələrinin qarşısını almaqdır. Artıq diş həkimləri təbii dişləri saxlamaq üçün əllərindən gələn səyi göstərirlər. Çünki tək bir diş itkisi belə ümumi diş sağlamlığına və görünüşdə mənfi dəyişikliklərə səbəb olmaqdadır. Ortalama 30-90 dəq. vaxt aparan bir əməliyyat olan zirvə rezeksiyasından öncə həkimin də göstərişi ilə antimikrob ağız qar-qaraları, iltihabəleyhinə və/və ya antibiotik istifadəsi təyin oluna bilər.

Cərrahiyə

  • Əməliyyat aparılacaq dişin kök ucunun üzərindəki sümüyə və kök ucuna müdaxilə edə bilmək üçün dişəti kəsilərək, problemli sahənin üzərindən uzaqlaşdırılır. Açığa çıxan kök ucu kəsilir və bütün iltihabi ətraf toxumalar təmizlənir.
  • Kök kanalın ucu bağlanır. Dişəti yerinə qaytarılır və tikilir.
  • Bir neçə aydan sonra kökün ətrafındakı sümük sağalır və bütün əlamətlər aradan qalxır.