İmplantologiya

İmplant, çəkilən dişlərin yerinə onların funksiyasını və estetikasını təkrar təmin etmək məqsədiylə çənə sümüyünə yerləşdirilən titan diş kökləridir. İmplantlar bir və ya bir neçə diş olmadığı zaman və hətta tam dişsizlik vəziyyətlərində də müvəffəqiyyətlə istifadə edilə bilər. İmplant təbii dişlərin funksiya və estetikasını təmin edən ən yaxşı alternativdir. Diş itirilməsi ilə ortaya çıxan əhəmiyyətli problemlərdən biri olan çənə sümüyündəki ərimənin dayandırılması bu gün ancaq implantlar sayəsində mümkündür. İmplantlar ənənəvi qapaqlar və protezlərə görə daha yaxşı danışıq və çeynəmə funksiyası təmin etməklə bərabər, üzünüzə təbii bir görünüş verir, danışmanızı düzəldir, özünüzə güvəninizi artırır və daha xoşbəxt bir sosial yaşam təmin edir.

İmplant müalicə alternativləri

Tək diş əksikliyi zamanı implant

Qonşu dişlərin sağlam olduğu hallarda tək bir diş əskikliyində qonşu təbii dişlərə heç bir müdaxilə və ya kiçiltmə əməliyyatı aparmadan implant ilə ideal dişlər əldə etmək mümkündür. Ön dişlərin olub, azı dişlərinin çəkilmiş olduğu hallarda da hərəkətli bir protezə gərək olmadan iki implant üzərinə üç diş yerləşdirilərək çeynəmə funksiyası sabit bir şəkildə bərpa oluna bilər.

Soldakı şəkildə diş çəkiliydiyi üçün boş qalmış bir diş qövsü görülməkdədir. Belə bir boşluğun müalicə edilməməsi gülmə zamanı estetik olaraq pis bir görünüşə, çeynəmə zamanı çətinliklərə və yaxşı çeynememe vəziyyətinə və sürətlənmiş sümük itkisinə səbəb olmaqdadır.

Ortadakı şəkildə diş əskikliyində ənənəvi körpü protezi istifadə olunmuşdur. Ənənəvi körpü protezi ilə estetik görüntü bərpa olunmuş, ancaq itirilmiş dişin önündəki və arxasındakı sağlam dişlər kiçildilmək məcburiyyətində qalmışdır. Bu tip protezlərdə körpünün altında sümük itkisi və dayaq dişlərdə çürük və diş itkisi riski göz ardı edilməməlidir.

Sağdakı iki şəkildə isə diş əskikliyində implant tətbiq olunduğunu görürük. İmplant diş sayəsində gülmə zamanı pis görüntü bərpa olunub, çeynəmə qabiliyyəti təkrar artıb, sağlam dişlər və çənə sümüyü qorunub və sümük əriməsinin qarşısı alınıb.

İki və ya daha artıq diş əskikliyi zamanı İmplant

Diş itirilməsi əsasən azı dişlərinin itkisi ilə başlayır və davam edir. Arxa-arxaya iki və ya üç azı dişinin itirilməsi zamanı ən arxada sağlam bir diş qalmadığı halda və ya ən arxada sağlam bir diş qalsa da onun qarşısında uzun bir dişsiz sahə olduğu zaman ənənəvi körpü protezinin tətbiqi qeyri-mümkün hala gəlir. Belə hallarda əsas üsul ənənəvi taxıb çıxarılan və çox vaxt qarmaqla öndəki dişlərə birləşən bügel protez tipidir. Bügel protezlerde protezin taxıb çıxarılan olması, protez altında sümük itkisinin davam etməsi, funksional baxımında çətinliklər və estetik görünüş də dezavantaj təşkil edir. Bu tip vəziyyətlərdə implant dəstəyi ilə sabit və estetik bir dişə sahib ola bilmək mümkündür. Məsələn arxa bölgədə üç azı dişinin itirilməsi zamanı arxa bölgəyə qoyulacaq 2 implant və onun üzərinə gələcək 3 dişlik körpü uğurlu bir müalicə üsuludur.

Soldakı şəkildə arxa bölgədəki 3 azı dişinin əskikliyində ənənəvi bügel protezin, sağdakı şəkildə isə implant dişlərin tətbiqi təsvir edilib.

Tam dişsizlikdə implant

Ağzında heç diş olmayanlar da alt və üst çənəyə yerləşdirilən implantlar sayəsində ağızdan çıxmayan və ana dişlər kimi sabit olan dişlərə sahib ola bilərlər. Tam çıxan protezlərdə çeynəmə qabiliyyətinin azalması, sürətli sümük əriməsi kimi dezavantajları vardır. Kifayət qədər sümük varsa tam dişsiz xəstələrə implantlarla sabit yerindən çıxmayan estetik dişlər hazırlana bilər. Beləcə yaxşı bir çeynəmə təmin edilə, sümük əriməsi önlənə və keyfiyyəti maksimuma çatdırıla bilər. Kifayət qədər sümüyü olmayan tam dişsiz xəstələrdə isə ön bölgəyə yerləşdiriləcək az sayda implantla tam protez hazırlanır. Və bu protez öz funksiyasını icra etdiyi zaman hərəkətsizliyi təmin edərək rahatlığı artırar.

İmplant müalicəsinin mərhələləri

  • Müayinə və planlaşdırma
    İmplant dərman və ya insulin nəzarəti altına olmayan diabet kimi bəzi sistemik xəstəlikləri olanlar xaric, hər kəsə tətbiq oluna bilər. İmplantlar titandan hazırlandığı üçün toxuma ilə rahat təmasa girər və hər hansı bir allergik və qeyri-toksik narahatlığa səbəb olmazlar. Mürəkkəb kompleks hallarda üç ölçülü tomoqrafiya alınaraq planlaşdırma həyata keçirilir.

  • İmplantın yerləşdirilməsi
    İmplantlar da digər diş müalicələri kimi lokal anesteziya ilə tətbiq edilir. Lakin bəzi hallarda çənə sümüyünün kifayət etmədiyi zaman və greft adlandırdığımız sümük tozu istifadə edərək yeni sümük hazırlanmasının zəruri olduğu uzun əməliyyatlarda və ya həddindən artıq stressli xəstələrdə yatırdaraq rahat bir şəkildə əməliyyat etmək mümkün olur. İmplantları yerləşdirilməsi zamanı hər hansı bir ağrı və ya başqa bir problem hiss edilmir.

  • Protezlərin hazırlanması
    Əməliyyatdan sonra implantın sümüklə birləşməsi üçün bir müddət gözləmək lazımdır. Bu müddət üst çənə üçün 2 ay, alt çənə üçün isə 1 aydır. Əməliyyatdan sonra protezler hazırlanana qədər müvəqqəti protezler istifadə edilir. Sümüyün keyfiyyətinin və çənədəki yerin kifayət qədər olduğu və implantın diametrinin, boyunun və sayının artırıldığı hallarda implant üstü körpü və ya protezler implant qoyulduğu gün və ya bir neçə gün içərisində də hazırlana bilər.

İmplantla əlaqədar tez-tez verilən suallar:

İmplant qoyularkən ağrı hiss edilirmi?

İmplantasiya əməliyyatı eynilə diş çəkimində olduğu kimi lokal anesteziya altında həyata keçirilir. Proses bir çox diş müalicələri ilə müqayisədə daha rahatdır. İmplant qoyulduğu günün axşamında ola biləcək yüngül ağrılar ağrı kəsicilər vasitəsi ilə aradan qaldırıla bilər.

İmplant yerləşdirildiyi gün sabit dişlərə sahib ola bilirikmi?

Bəzi vəziyyətlərdə implant yerləşdirildiyi gün gün ərzində müvəqqəti protezlər istifadə edilərkən, bəzən də sağalma müddətində heç bir əlavə vasitədən istifadə etmirik ki, bu müddət üst çənədə ortalama 2 ay, alt çənədə isə 1 aydır. Sürətli müalicə - yəni implantlar edilər edilməz eyni gün müvəqqəti bir dişə sahib olmaq, yəni klinikaya dişsiz gəlib,müvəqqəti dişlərlə çıxmaq diş itkiləri olan xəstələr üçün böyük bir rahatlıq və özünə inam təmin etməkdədir. Bu müalicə diş əskiklikləri olanlarda və tam dişsizlərdə həkim tərəfindən ətraflı müayinə nəticəsində qərar verilən bir üsuldur. Sürətli müalicənin müvəffəqiyyəti nəşr olunmuş elmi məqalələrə görə ənənəvi üsulla müalicəyə olduqca yaxındır. Tam dişsizlikdə sürətli müalicə tətbiq olunacaqsa, ümumilikdə implant sayının artırılması lazım ola bilər.

İmplant etdirmək və dişlərimizə sahib olmaq nə qədər zaman alır?

Bu görüləcək işin xüsusiyyətlərinə görə dəyişə bilər. Xüsusilə dişsiz ağızlarda implant sayı artırılaraq və sümük quruluşu da uyğundursa implant qoyulduğu gün ölçü götürülərək müvəqqəti protezler hazırlana bilir. Təkrar prosedurlarda implantların yerləşdirilməsi üçün 1 gününüzü ayırmanız kifayətdir. Orta hesabla 1-2 aylıq gözləmədən sonra təxminən 4 gün içərisində dişlərinizə qovuşa bilərsiniz. Sümük quruluşunun çox zəif olduğu vəziyyətlərdə isə ümumi müalicə müddəti 2-5 ay arası ola bilir.

Bədən implantı qəbul etməyə bilərmi?

İmplantlar əlavə təsiri olmayan titandan hazırlanmış və uzun illərdir araşdırılır. 1982-ci ildə implantların sümüyə tam birləşdiyi elmi olaraq sübut olunmuşdur. Təcrübədə bədənin implantı rədd etdiyinə rast gəlinməmişdir. Uzun illərdir etdiyimiz klinik işlər də bu istiqamətdədir və yüksək müvəffəqiyyət göstərir.

Hər kəsə implant qoymaq mümkündür?

Çənə sümüyünün kifayət qədər genişliyinə və hündürlüyə sahib olan hər kəsə implant qoyula bilər. Sümük inkişafının tamamlanmadığı 18 yaş altı olanlar xaricində ümumi sağlamlığı yaxşı olan hər yaşdaki şəxsdə implant müvəffəqiyyətlə istifadə edilir.

Əskik hər dişə bir implant qoyulmalıdır mı?

Bu sümüyün keyfiyyətindən və dərhal protez hazırlanıb hazırlanmayacağından asılı olaraq dəyişsə də, təbii dişlərdə olduğu kimi iki implant arasında boşluq buraxılaraq körpü hazırlana bilər.

İmplant üstünə edilən protez nə zaman sabit, nə zaman hərəkətli protez olur?

İstifadə etdiyi tam protezinin tutuculuğundan və stabilliyindən şikayəti olan xəstələrə maddi vəziyyətinə görə alt çənədə 2, üst çənədə isə 4 implanta birləşərək taxıb çıxarıla bilən, amma gündəlik istifadədə sabit olan protezlər hazırlana bilər. İmplant sayı artırılaraq isə sabit keramik dişlərə sahib olmaq olar.