Estetik diş həkimliyi

Estetik diş həkimliyində hədəf üzə uyğun, təbii görünüşlü süni dişlər yarada bilməkdir. Xəstədən alınan fotoşəkil və modellər üzərində dişlərin və diş ətlərinin estetik baxımdan problemli olan bölgələri bütün üz bölgəsi düşünülərək dəyərləndirilir, xəstənin estetik görünüşünün tənzimləməsi ilə əlaqədar müalicənin planlanlaması başlayır. Xəstənin istəyinə uyğun istiqamətdə üz və dodaq quruluşuna uyğun yeni bir gülüş hazırlanır. Bundan başqa əvvəldən hazırlanmış gülüş dizaynları olan fotoşəkillər da göstərilir. Estetik diş həkimliyi estetik keramikalar, diş əti estetikası, estetik plomblar və diş ağartmağa qədər geniş bir miqyasda qiymətləndirilməsi vacib olan sənətdir.

Sirkon qapaqlar və körpülər

Bu sistemdə ənənəvi qapaq və köprülərdəki keramikanın altında yer alan metal yerinə ağ rəngdə sirkon istifadə edilir. Görülən işlər nəticəsində estetik, möhkəmlik, toxuma uyğunluğu və təbiilik baxımından sirkon ilə ən yüksək performans əldə edildiyi göstərilmişdir. Sirkon dişlər orqanizmə bio uyğundur və təbii görünüşü təmin edir.

Son texnologiya sirkon dişlərin tətbiqi üçün əl bacarığı ilə kompüter texnologiyasını birləşdirmişdir. Klinikada götürülən ölçülər laboratoriyada xüsusi bir cihaz köməyi ilə oxunur. Bu məlumatlar cihazın şəkilləndirmə bölməsinə köçürülür, kompüter vasitəsi ilə sirkon qapaq və ya körpü hazırlanır.

Sirkon nələrdə istifadə edilə bilər?

  • Implant üstü qapaqlarda və körpülərdə
  • Tək diş qapaqlarında
  • Uzun diş sırasını əhatə etməyən körpülərdə
Metal dəstəksiz tam keramik qapaqlar

Gücləndirilmiş keramikadan hazırlanır. Qapaqların görünüşünə bir çox şey təsir etsə də ən əhəmiyyətlisi işığa verdikləri reaksiyadır. Təbii dişlər işığı keçirir. Bunun nəticəsi olaraq da dişdə dərinlik və canlılıq ortaya çıxır. Metal dəstəksiz keramik qapaqların (tam keramik) işıq keçirmə xüsusiyyətlərindən başqa, canlılığı daha çoxdur ki, bununla da təbii dişə ən yaxın nəticələr əldə edilir.

Lamina vinirlər

Bu texnikanın əsasını dişlərin yalnız ön səthlərindən az miqdarda maddə götürülərək estetik və toxuma uyğunlaşması yüksək olan, dırnaq qalınlığında, istənilən rəng və formada hazırlanan incə və yarı keçirici keramik laminaların dişə xüsusi üsullarla yapışdırılması təşkil edir. Keramik laminalar diş üzərindən toxuma götürülmədən də tətbiq edilə bilər. Dişdən yonulan toxumanın miqdarı 0,3-0,7 mm arasındadır. Dişlərin yonulması, ya da tamamilə kiçildilməsi aparılmır. Keramik vinirlərin hazırlanma müddəti təxminən 4 gündür.

Vinirlərin tətbiq edildiyi hallar aşağıdakılardır:

  • Ön dişlərdəki aralıqların bağlanılması
  • Qırıq və çürük dişlərin düzəldilməsi
  • Qalıcı bəyazlıq istənildikdə
  • Əyri dişlərdə

Vinirlər kimlərə tətbiq oluna bilməz?

Çənə qüsurları, dırnaq yemə, qələm dişləmə kimi pis vərdişləri, diş sıxma və gıcımada, irəliləmiş dərəcədə dişəti xəstəliyi olanlara tətbiq edilə bilməz. Bunlar xaricində vinirlər yaxşı bir ağız baxımıyla illərcə problemsiz olaraq istifadə edilə bilər. Çünki üstün xüsusiyyətlərə sahib olan keramikadan emal edilmişlər. Ləkələnmə və aşınmaya qarşı daha davamlıdır. Vinirlərin ömrünü uzatmaq üçün ağız baxımına diqqət etmək, həmçinin, çox sərt qidaları dişləməkdən və pis vərdişlərdən imtina etmək lazımdır.

Keramik vinirlərin üstünlükləri nələrdir?

  • Kiçik bir müdaxilə ilə qısa müddətdə sağlam və təbii bir görünüş əldə edilir,
  • Dişinizdə yalnız dırnaq genişliyində bir boşluq açılması (hər zaman ehtiyac duyulmaya da bilər) kifayətdir,
  • Sağlam, rəngləri dəyişməyən və davamlı maddələrdən hazırlanır.
  • Diş üzərində ya heç bir dəyişiklik edilməz, ya da az bir düzəltmə ilə nəticə əldə oluna bilər.
  • Qəhvə, çay, siqaret kimi xarici faktorlarla rəngi dəyişməz.
  • Aşınmaya qarşı müqaviməti yüksəkdir.

Diş Ağartma (Bleaching)

Diş ağartma dişlərdə əmələ gələn rəng dəyişmələrini ağartma əməliyyatıdır. İki müxtəlif ağardıcı metoddan istifadə olunur. Bunlardan biri xəstənin öz başına tətbiq etdiyi üsul (Home Bleaching), digəri isə həkimin klinikada tətbiq etdiyi üsuldur (Office Bleaching).

Xəstənin öz başına tətbiq etdiyi prosedur:

Həkiminiz ağzınızdan ölçü götürüb, dişlərinizin üzərinə taxa biləcəyiniz incə rezin nümunələri hazırlatması, xəstənin özü üçün hazırlanmış xüsusi qəlibin içərisinə dərman yerləşdirərək bu qəlibi ağardılacaq dişlərin üstünə gündə ən az 6 - 8 saat taxması (yuxu zamanı məsləhətdir), müalicənin orta hesabla 1 - 4 həftə içində sonlandırılması.

Həkimin klinikada tətbiq etdiyi prosedur:

Ağardıcı dərman həkim tərəfindən diş üzərinə çəkilir. Həmin dişin üzərinə müəyyən bir müddət ağ rəngli işıq qaynağı tutulur. Prosedur bitdiyində nəticə dərhal müşahidə edilir.

Hər iki üsulun da effektiv olmasına baxmayaraq, seçim, rənglənmə dərəcəsi, müalicənin tez sonlandırma istəyi həkimin istəyinə bağlıdır.

Dişlərdə istənilməyən rənglərin meydana gəlməsinə səbəb nədir?

Dişin quruluşu ilə bərabər, başqa bir çox səbəblər dişlərdə rənglərin əmələ gəlməsinə səbəb ola bilir. Bunlardan geniş yayılanı - yaşlılıq, dişləri boyayan maddələrin (qəhvə, çay, kola, siqaret və s.) qəbulu, zədələr, köhnə protezler, qapaqlar, plomblardır. Dişlərin formalaşdığı müddətdə antibiotikdən istifadə və ya həddindən artıq florid qəbulu da dişlərdə rənglənmələrə yol aça bilər.

Aparılan araşdırmalara görə dişlərin diş həkiminizin nəzarəti altında ağardılması son dərəcə təsirli və etibarlıdır. Dişlər və diş ətləri heç bir şəkildə zərər görməz.

Ümumiyyətlə, ilk tətbiq edildiyi andan ağarma başlayır. Ancaq, ideal görünüşə çatmaq üçün prosedurun 10 - 14 gün davam etməsi lazımdır.

Dişlər ağardıldıqdan sonra əvvəlki halına qayıda bilərmi?

Dişlər hər zaman üçün əvvəlkindən daha ağ olacaq. Ancaq, xəstələrin vərdiş və ağız baxımına bağlı olaraq ildə bir - iki dəfə dəstək müalicəsi lazım ola bilər. Normal şərtlərdə fərqli üsullarla ağardılan dişlər bir neçə il ağ qalır. Lakin bu müddət fərddən fərdə dəyişir. Yemə-içmə vərdişləri, siqaret və fırçalama vərdişi dişlərin ağ qalma müddətinə təsir edər.

Ancaq bleaching hər zaman istədiyiniz ağlığı təmin etməyə bilər. Ağarma nisbəti dişlərinizin ağartma əməliyyatı tətbiq edilməmişdən qabaqkı tonuna bağlıdır və fərdə görə dəyişir. Buna görə diş həkiminiz ilə istəklərinizi əvvəldən danışmalısınız.

Yaşlandıqca dişlərinin rəngi də zamanla tündləşir. Bu tündləşmə diş minalarının mineral quruluşundakı dəyişmədən qaynaqlanır. Bundan başqa dişlər, bakteriya piqmentləri və tütün istifadəsindən qaynaqlanan rənglənmələrə də məruz qala bilər. Gənc yaşlarda ağ dişlər estetik görünüş baxımından çox arzu olunandır. Ancaq bunu qeyd etməliyik ki, şişirdilmiş bir ağlıq əksər hallarda estetik olmaya bilər. Hər zaman üz və ağız quruluşunuza uyğun olan təbii ton daha estetiktir.

Gülüş

Dişlərdəki rəng və forma dəyişiklikləri fərddə psixoloji narahatlıqlara səbəb ola bilər. Diş həkimliyində estetik və restavrasion maddələrin inkişafıyla bir çox şəkil, rəng və yer pozğunluqları rahatlıqla aradan qaldırılır. Gülüşün formalaşdırılması burada çox əhəmiyyətli bir funksiyasıdır. Gülüşün formalaşdırılması həkimlik və sənətin birlikdə tətbiq olunaraq, sizə aid ideal gülüşü yeniləməkdir. Sizin bəzi fərdi istəkləriniz ilə sağlamlıq və təbiiliyi də birləşdirərək sağlam bir gülüşü planlayırıq.

Sizə yaraşan estetik gülüş ifadəsini təyin edən digər faktorlar: üz cizgiləri, cinsiyyətiniz, yaşınız, gülüş simmetriyası, dişlərinizin sıralanması və rəngləri, dodaqlarınız, diş ətləri.

Gülüşün formalaşmasına ilk öncə üz cizgilərinizin hansı həndəsi şəklə uyğun gəldiyi təsbit edilərək başlanır. İnsanın üzündəki cizgilər dişin hansı formada seçilməsini göstərir. Kişi və qadın anatomiyası bir-birindən fərqlidir. Kişilərdə üz xəttləri daha kəskin və diqqətə çarpandır. Alın, burun, çənə ucu nisbəti qadın üzüylə müqayisədə fərqlidir. Qadınlarda keçişlər daha yumşaq, burun və qaş yerləri daha incədir. Dişlərdə də eyni paralellik var.