Diş Ağartma (Bleaching)

Diş ağartma dişlərdə əmələ gələn rəng dəyişmələrini ağartma əməliyyatıdır. İki müxtəlif ağardıcı metoddan istifadə olunur. Bunlardan biri xəstənin öz başına tətbiq etdiyi üsul (Home Bleaching), digəri isə həkimin klinikada tətbiq etdiyi üsuldur (Office Bleaching).

Xəstənin öz başına tətbiq etdiyi prosedur:

Həkiminiz ağzınızdan ölçü götürüb, dişlərinizin üzərinə taxa biləcəyiniz incə rezin nümunələri hazırlatması, xəstənin özü üçün hazırlanmış xüsusi qəlibin içərisinə dərman yerləşdirərək bu qəlibi ağardılacaq dişlərin üstünə gündə ən az 6 - 8 saat taxması (yuxu zamanı məsləhətdir), müalicənin orta hesabla 1 - 4 həftə içində sonlandırılması.

Həkimin klinikada tətbiq etdiyi prosedur:

Ağardıcı dərman həkim tərəfindən diş üzərinə çəkilir. Həmin dişin üzərinə müəyyən bir müddət ağ rəngli işıq qaynağı tutulur. Prosedur bitdiyində nəticə dərhal müşahidə edilir.

Hər iki üsulun da effektiv olmasına baxmayaraq, seçim, rənglənmə dərəcəsi, müalicənin tez sonlandırma istəyi həkimin istəyinə bağlıdır.

Dişlərdə istənilməyən rənglərin meydana gəlməsinə səbəb nədir?

Dişin quruluşu ilə bərabər, başqa bir çox səbəblər dişlərdə rənglərin əmələ gəlməsinə səbəb ola bilir. Bunlardan geniş yayılanı - yaşlılıq, dişləri boyayan maddələrin (qəhvə, çay, kola, siqaret və s.) qəbulu, zədələr, köhnə protezler, qapaqlar, plomblardır. Dişlərin formalaşdığı müddətdə antibiotikdən istifadə və ya həddindən artıq florid qəbulu da dişlərdə rənglənmələrə yol aça bilər.

Aparılan araşdırmalara görə dişlərin diş həkiminizin nəzarəti altında ağardılması son dərəcə təsirli və etibarlıdır. Dişlər və diş ətləri heç bir şəkildə zərər görməz.

Ümumiyyətlə, ilk tətbiq edildiyi andan ağarma başlayır. Ancaq, ideal görünüşə çatmaq üçün prosedurun 10 - 14 gün davam etməsi lazımdır.

Dişlər ağardıldıqdan sonra əvvəlki halına qayıda bilərmi?

Dişlər hər zaman üçün əvvəlkindən daha ağ olacaq. Ancaq, xəstələrin vərdiş və ağız baxımına bağlı olaraq ildə bir - iki dəfə dəstək müalicəsi lazım ola bilər. Normal şərtlərdə fərqli üsullarla ağardılan dişlər bir neçə il ağ qalır. Lakin bu müddət fərddən fərdə dəyişir. Yemə-içmə vərdişləri, siqaret və fırçalama vərdişi dişlərin ağ qalma müddətinə təsir edər.

Ancaq bleaching hər zaman istədiyiniz ağlığı təmin etməyə bilər. Ağarma nisbəti dişlərinizin ağartma əməliyyatı tətbiq edilməmişdən qabaqkı tonuna bağlıdır və fərdə görə dəyişir. Buna görə diş həkiminiz ilə istəklərinizi əvvəldən danışmalısınız.

Yaşlandıqca dişlərinin rəngi də zamanla tündləşir. Bu tündləşmə diş minalarının mineral quruluşundakı dəyişmədən qaynaqlanır. Bundan başqa dişlər, bakteriya piqmentləri və tütün istifadəsindən qaynaqlanan rənglənmələrə də məruz qala bilər. Gənc yaşlarda ağ dişlər estetik görünüş baxımından çox arzu olunandır. Ancaq bunu qeyd etməliyik ki, şişirdilmiş bir ağlıq əksər hallarda estetik olmaya bilər. Hər zaman üz və ağız quruluşunuza uyğun olan təbii ton daha estetiktir.

Dişlərdə rəng pozğunluğuna səbəb olan faktorlar:

Genetik faktorlar: Genetik olaraq diş rənginin tünd olması, uşaqlıq dövründə istifadə edilən antibiotiklər, amelogenezis-imperfekta, dentinogenezis-imperfekta, flüoroz kimi diş toxuması xəstəlikləri

Ekoloji faktorlar: Fırçalama əskikliyi, düzgün qidalanmama, diş səthindəki bakteriya, dişin zədəyə məruz qalması, çay,qəhvə,qırmızı şərab kimi rəngləndirici qidalar.

Peşə səbəbləri: Metalik duzlara məruz qalmaq.

Əvvəlki diş müalicələri: Kanal müalicələri

Diaqnoz

Ağartma əməliyyatından qabaq ağartma tətbiq olunacaq dişlərdə hər hansı bir karies, diş əti çəkilməsi, diş əti iltihabı, dişlərdə aşınma olmamalıdır. Bu kimi vəziyyətlərdə əvvəl lazımlı müalicələr aparılmalı, daha sonra ağartma əməliyyatına keçilməlidir.

Müalicə üsulları

Diş daxili ağartma

Kanal müalicəsi edilmiş dişlərə tətbiq olunur. Dişlər daha əvvəl bir zədəyə məruz qalıbsa və ya kanal müalicəsi sonrasında rənglənmə meydana gəlibsə, dişlərin içinə gel qoyulması üsuluyla ağartma təmin olunur. 35%-lik perhidrol kanal müalicəsi tətbiq edilmiş dişə yerləşdirilir və müəyyən vaxt intervallarında dəyişdirilərək kifayət qədər bəyazlıq təmin edildikdən sonra müalicə dayandırılır.

Diş xarici ağartma

Klinikada dişlərə sürtülən ağartma gelinin işıq qaynağıyla aktivlənməsi ilə müşahidə olunur. Tətbiq olunan gel ilə ətraf yumşaq toxumalarda geri dönüşümlü ləkələnmələr yarana bilər. Ona görə başlamadan əvvəl dodaqlar izole edilir və diş ətləri işıqla sərtləşən xüsusi bir bariyerle örtülür.

Normal işıq cihazıyla edilən ağartmalarda seanslar təxminən 30-45 dəqiqə davam edir və nəticə dərhal gözlə görünə bilir. Müalicənin müddəti dişdə ziyan meydana gətirməyəcək ölçüyə qədər həkimə və xəstənin istədiyi ağlıq dərəcəsinə bağlıdır. 2 gün arayla təxminən 3 seans edilir. Ağartma əməliyyatı zamana və xəstənin vərdişlərinə bağlı olaraq təkrarlana bilər. Bu səbəblə müəyyən fasilələrlə yenilənməsi lazımdır. Xəstə və həkim tərəfindən tətbiq edilən çox sadə olan bu əməliyyatın heç bir fəsadı tapılmamışdır.